Gözaltı ləkələrdən qurtulmağın yolları

Gözaltı ləkələrinin həlli yolları
Heç nə bizi göz altı qara ləkələrdən daha çox məyus etmir. Hətta ən yaxşı kosmetika karandaşının qatları və kosmetik markerdən sonra belə bəzi qara dairələr yoxa çıxmır. Biz makiyaj etməyi nə qədər seviriksə, problemin üstünü örtmək ondan həqiqətən yaxa qurtarmağa kömək etmir (kosmetika karandaşı əsasən kipriklərin altındakı qara ləkələri gizlədir.
Davamı →

Gözaltı qaralar üçün maskalar

Karbonat (soda) çox güman ki, hər evdə olan universal ərzaqlardandır. Soda yalnız şirniyyatların bişirilməsində deyil, həm də təmizlik, müalicə, bədənə və üzə qulluq vasitəsi kimi də istifadə edilir. Əlbəttə, sadə, adi bir ərzağın bu qədər effektə malik olmasına inanmaq çətindir.

Soda gözaltı qaraların öhtəsindən gəlmək üçün olduqca faydalıdır. Artıq gözaltına tonal krem vurmağa ehtiyac qalmayacaq.

Resept 1
5 qram istənilən gözaltı krem
1 çimdik soda

Sodanı kremlə qarışdırın və gözaltına çəkib 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun.

Resept 2
1 çay qaşığı soda
1 stəkan isti su, ya da çay

Bütün bunları qarışdırın. Makiyaj pedlərini qarışıma batırıb gözaltına qoyun və 15 dəqiqə saxlayın. Yuyun və nəmləndirici krem vurun.
Davamı →

Gözaltı qaralara son!

Bəzi insanların gözlərinin altı qara olur və pis görüntü yaradır. Göz altı qaralar qadınlarda və kişilərdə rast gəlinən problemdir.
Bu problemlə mübarizə aparmaq çox çətindir. Lakin səbəblərini araşdırdıqdan sonra müalicəsi mümkün ola bilər.
Problem adətən göz çuxuru dərin olan insanlarda rast gəlinir. Onların başlıca səbəbi genetik, yuxu, yorğunluq, sağlam qidalanmamaq və aşırı stress problemləridir.

Xiyarla göz altı qaraları azaltmaq mümkündür. Üstəlik hazırlanması 1-2 dəqiqənizi alacaq. Sulu xiyarı nazik dilimləyin və gözlərinizin üzərinə yerləşdirin. 15 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun.

Limon və pomidor suyu ilə gözlərinizə maska hazırlaya bilərsiniz. Bərabər miqdarda limon və pomidor suyunu qarışdırıb 1 həftə boyu 2 dəfə göz altına çəkin.
Ardı →